AZ

“Borussiya” Karim Adeyeminin müqaviləsini uzatmaq istəyir

Dortmundun “Borussiya” klubu Almaniya millisinin hücumçusu Karim Adeyemi ilə bağlı qərarını verib.

90deqiqe.Az-ın "Yahoo Sports"a istinadən məlumatına görə, Bundesliqa klubu gənc forvardla yeni müqavilə mövzusunda danışıqlara başlayıb.

Klub rəhbərliyi onunla müqaviləni daha 2 il uzatmaq niyyətindədir.

İlkin danışıqlar yaxın günlərdə idman direktoru Sebastyan Kel və Adeyeminin yeni agenti Jorje Mendes arasında baş tutub.

Qeyd edək ki, Adeyemi “Borussiya”da çıxış etdiyi üç mövsüm ərzində 112 oyuna çıxıb, 18 qol vurub və 21 məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 45 milyon avrodur. 23 yaşlı forvardın hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.

Seçilən
25
90deqiqe.az

1Mənbələr