AZ

Fiziyevin əvəzinə Oliveyra ilə kim döyüşəcək?

UFC-nin braziliyalı ulduzu Çarlz Oliveyra şəxsi “Instagram” səhifəsində növbəti rəqibini açıqlayıb.

Fanat.Az xəbər verir ki, döyüşçünün qarşılaşacağı rəqib Mateuş Qamrot olacaq.

Maraqlı qarşılaşma Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək və 11 oktyabr tarixində baş tutacaq.

Qeyd edək ki, Oliveyranın əvvəlki rəqibi azərbaycanlı döyüşçü Rafael Fiziev idi. Lakin o, zədələndiyi üçün qarşılaşmadan geri çəkilib.

Kamil Xudiyev

 

Seçilən
67
fanat.az

1Mənbələr