AZ

''İsrailin Suriyaya qarşı təhdidləri səngimir''- Suriya prezidenti

İsrailin Suriyaya qarşı təhdidləri dekabrın 8-dən bəri səngimir.

Redaktor.az "Sana"ya istinadən xəbər verir ki, bu barədə Suriya lideri Əhməd əş-Şaraa Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında bildirib.

Prezident Əş-Şaraa bildirib ki, "İsrailin siyasəti beynəlxalq ictimaiyyətin Suriya və onun xalqına verdiyi dəstəyə ziddir, İsrail keçid prosesindən istifadə etməyə çalışır".

"Bu, regionu sonu görünməyən yeni bir münaqişə dövrünə sürükləyir", - əş-Şaraa vurğulayıb.

O qeyd edib ki, bu kontekstdə Suriya bu böhranı aradan qaldırmaq üçün dialoq və diplomatiyadan istifadə edir, 1974-cü il atəşkəs sazişinə sadiq qalır və beynəlxalq ictimaiyyəti bu təhdidlərlə mübarizədə onun yanında olmağa, Suriyanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırır.

Qeyd edək ki, Suriya Prezidenti 1967-ci ildən bəri ilk dəfədir BMT Baş Assambleyasında çıxış edir.

Seçilən
27
2
redaktor.az

3Mənbələr