AZ

Sürücünün qəfil manevr etməsi ölümlə nəticələndiVİDEO

Sürücünün qəfil manevr etməsi onun həyatı bahasına başa gəlib.

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Xezerxeber.az-ın məlumatına görə, qəza səhər saatlarında paytaxtın Nizami rayonu, Babək prospektində, "Babək" körpüsü üzərində baş verib.

Qəzadan sonra avtomobildə sıxılı vəziyyətdə qalan 29 yaşlı sürücünün meyitini xilasedicilər xüsusi vasitələrin köməyi ilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Qəza nəticəsində hərəkətdə olan digər avtomobilə və yol nişanına da zərər dəyib.

Bu qəza manevretmə qaydalarının kobud şəkildə pozulmasının hansı faciələrə yol aça biləcəyini göstərmiş oldu.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri yollarda qaydalara riayət etməyə və diqqətli olmağa çağırır.

Qeyd edək ki, baş vermiş qəza ilə bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
21
xezerxeber.az

1Mənbələr