Bakı. Trend:
İmişli rayonunda baş vermiş hadisənin səbəblərinin müəyyənedilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləritərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalarabaşlanılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq AQTA-dan məlumatverilib.
Bildirilib ki, ilkin araşdırmaya görə, hadisə rayonun Muradxanlıkəndində təşkil olunan kiçik toy mərasimi zamanı baş verib.
"Agentliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxışkeçirilərək müvafiq müayinələr aparılır. Hazırda faktla bağlıaraşdırmalar davam etdirilir. Nəticə ilə bağlı əlavə məlumatveriləcək.
Agentlik bir daha ev şəraitində hazırlanan qidaları istehlakatəqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena vədüzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətəçatdırır" - deyə məlumatda qeyd edilib.