AZ

Azərbaycan Afrikada iqlim diplomatiyası üzrə yeni tərəfdaşlığa start verir

ain.az bildirir, Bakivaxti portalına istinadən.

Azərbaycan Afrikanın həssas ölkələrinə iqlim diplomatiyası üzrə dəstək verəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli görüşdə məlumat verilib.

Məlumata görə, Sessiyanın yüksək səviyyəli həftəsinin ilk günündə COP29-un Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi ilə Çad və Qvineya-Bisau arasında birgə işçi qruplar yaradılıb. Bu addım Azərbaycanın Afrikada iqlim diplomatiyası və sülh quruculuğu sahəsində dəstəyini gücləndirməyi hədəfləyir.

BMT-nin Baş Qərargahında COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatının təşkilatçılığı ilə keçirilən “Bakı Mərkəzi Tərəfdaşlığı: Münaqişələrdən zərər çəkmiş və həssas ölkələr üçün innovativ həllər” adlı tədbirə 100-dən çox dövlət nümayəndəsi, BMT qurumlarının rəhbərləri və beynəlxalq təşkilatların təmsilçiləri qatılıb.

Açılış nitqlərində COP29-un Prezidenti Muxtar Babayev, İtaliya Beynəlxalq İnkişaf Agentliyinin icraçı direktoru Marko Ruskoni, BMT Baş Katibinin Afrika üzrə nümayəndəsi Parfayt Onyanga və Beynəlxalq Miqrasiya Təşkilatının icraçı direktorunun müavini Uqoçi Daniels vurğulayıblar ki, Azərbaycanın təşəbbüsü ilə təsis edilən Bakı Mərkəzi qlobal iqlim diplomatiyasında yeni istiqamət açır. Mərkəz iqlim dəyişikliyi, sülh quruculuğu və iqlim miqrasiyası məsələlərini bir platformada birləşdirərək həssas bölgələrdə real nəticələr doğuracaq layihələrin həyata keçirilməsinə imkan yaradır.

Çad, Qvineya-Bisau, Somali və Uqandanın ətraf mühit nazirləri çıxışlarında Bakı Mərkəzinin tərəfdaşlıq təşəbbüsünün ölkələrində təxirəsalınmaz ekoloji layihələrə start verəcəyini bildirərək Azərbaycana iqlim diplomatiyası sahəsində paylaşdığı təcrübəyə görə təşəkkür ediblər.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Bakı Mərkəzinin növbəti planlarından danışaraq bildirib ki, seçilmiş ölkələrdə layihələrin icrası praktiki mərhələyə keçir. Bu məqsədlə tədbirdə Çad və Qvineya-Bisau ilə Bakı Mərkəzi arasında Birgə İşçi Qruplarının yaradılmasına dair memorandum təsdiqlənib.

Görüş zamanı bir sıra digər ölkələr də Bakı Mərkəzi ilə tərəfdaşlığa qoşulmaq niyyətlərini açıqlayıblar.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
8
bakivaxti.az

10Mənbələr