AZ

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar açıqlanıb

Bakı. Trend:

2026-cı ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarınınikinci mərhələsi üçün proqramlar açıqlanıb.

Trendxəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, proqramlarla (Azərbaycan və rus dillərində)aşağıda qeyd olunan keçidlərdən istifadə etməklə tanış olabilərsiniz.

1. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsiüçün proqramlar (Azərbaycan bölməsi)

2. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsiüçün proqramlar (Rus bölməsi)

Qeyd 1. Qəbul imtahanlarında ötənilki imtahan modeli tətbiqolunacaq. Test bloklarına 22 qapalı tipli, 5 açıq (cavabıkodlaşdırıla bilən) tipli, həmçinin I ixtisas qrupu üzrə cavabıyazı ilə ifadə edilən 3 müstəqil tapşırıq, II, III və IV ixtisasqruplarında isə cavabı yazı ilə ifadə olunan 3 tapşırıqlı mətn,situasiya və mənbə daxil ediləcək.

Qeyd 2. Proqramların sonundakı siyahılarda əsas ədəbiyyat kimidərsliklər göstərilmişdir. Nəzərinizə çatdırırıq ki, ötən illərdəolduğu kimi, bu il də dərslikdən kənar heç bir mövzu proqramlaradaxil edilməmişdir. Əlavə ədəbiyyat siyahısında qeyd olunanlarlaisə orta məktəbdə öyrənilənlər təkrar edilə bilər.

Qeyd 3.Ümumtəhsil müəssisələrinin 6-cı siniflərində “Təbiət”adlı yeni dərslik tədris olunur. Bununla əlaqədar olaraq, həminsiniflərdə biologiya və fizika fənləri ayrıca tədris edilmir. Lakinqəbul proqramlarında hələlik bu fənlərdən mövzular qalır. Həminmövzulara dair materiallarla (Azərbaycan və rus dillərində) aşağıdaqeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.

Qeyd 4. Cari tədris ilində respublikanın ümumtəhsilmüəssisələrində, kimya, biologiya və fizika fənlərindən 7 və 8-ci,coğrafiya fənnindən isə 6 və 7-ci siniflərdə yeni kurikulumstandartları əsasında hazırlanmış dərsliklər istifadəyəverilmişdir. Bu dərsliklər məzmun və yeni terminlərin işlənməsibaxımından əvvəlki nəşrlərdən tamamilə fərqlidir. Ona görə də həmindərsliklərin yeni nəşrləri ədəbiyyat siyahısına daxil edilməyib vəmüvafiq mövzulardakı materiallarda dərsliklərin əvvəlki nəşrlərinəistinad ediləcək. Həmin mövzulara dair materiallarla (Azərbaycan vərus dillərində) aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanışolmaq olar.

Qeyd 5. Cari tədris ilində respublikanın ümumtəhsilmüəssisələrinin 6-cı siniflərində “Azərbaycan tarixi” və “Ümumitarix” fənlərindən yeni dərsliklər istifadəyə verilmişdir. Budərsliklər məzmun baxımından əvvəlki nəşrlərdən müəyyən qədərfərqlidir. Ona görə də həmin dərsliklərin yeni nəşrləri ədəbiyyatsiyahısına daxil edilməyib və müvafiq mövzulardakı materiallardadərsliklərin əvvəlki nəşrlərinə istinad ediləcək. Həmin mövzularadair materiallarla (Azərbaycan və rus dillərində) aşağıda qeydolunan keçiddən istifadə etməklə tanış olmaq olar.

Qeyd 6. Respublikanın ümumtəhsil müəssisələrinin 5-cısiniflərində istifadədə olan “Azərbaycan dili” dərsliyindənçıxarılmış, lakin vacibliyi nəzərə alınaraq qəbul imtahanıproqramında saxlanılmış feilin şəkilləri (xəbər şəkli, xəbərşəklində olan feilin zamana və şəxsə görə dəyişməsi, xəbər şəklindəolan feillərin yazılışı və tələffüzü, əmr şəkli, arzu şəkli, vacibşəkli, lazım şəkli, şərt şəkli) mövzusu ilə aşağıda qeyd olunankeçiddən istifadə etməklə tanış olmaq olar.

Feilin şəkilləri (xəbər şəkli, xəbər şəklində olan feilin zamana vəşəxsə görə dəyişməsi, xəbər şəklində olan feillərin yazılışı vətələffüzü, əmr şəkli, arzu şəkli, vacib şəkli, lazım şəkli, şərtşəkli)

Qeyd 7. Respublikanın ümumtəhsil müəssisələrinin 5-cisiniflərində ədəbiyyat fənninin tədrisi vaxtilə iki (variativ)dərslik əsasında aparıldığı üçün həmin sinif üzrə tapşırıqlardərsliklərdə əksini tapan nəzəri biliklərin tətbiqi ilə bağlıolacaq.

Qeyd 8. Qəbul imtahanında ədəbiyyat fənnindən “Həmzənin Qıratıqaçırması” qolu (“Koroğlu” eposundan), N.Gəncəvinin “İskəndərnamə”,M.Füzulinin “Leyli və Məcnun”, C.Məmmədquluzadənin “Anamın kitabı”,C.Cabbarlının “Oqtay Eloğlu”, S.Vurğunun “Vaqif”, İ.Əfəndiyevin“Xurşidbanu Natəvan” əsərlərinin dərsliklərdə verilməyən, lakinoxunması tövsiyə edilən hissələri üzrə tapşırıqlardan da istifadəolunur. Həmin əsərlərin müvafiq hissələri ilə buradan tanış olmaq olar.

Qəbul imtahanında ədəbiyyat fənnindən həmçinin “Xan sarayı”əfsanəsi, “Çahargah əfsanəsi”, “Ağıllı uşaq” nağılı, “BasatınTəpəgözü öldürdüyü boy” (“Kitabi-Dədə Qorqud” dastanından),“Düratın itməyi” qolu (“Koroğlu” eposundan), N.Gəncəvinin “Yaralıbir uşağın dastanı”, İ.Krılovun “Ağac”, S.Əhmədlinin “Dərs”,Z.Xəlilin “Zeynalabdin”, C. Novruzun “Mən bizim anaları günəşlətəntuturam”, B.Vahabzadənin “Vətəndaş” və M.Hüseynin “Odlu qılınc”əsərləri üzrə tapşırıqlardan da istifadə olunur. Həmin əsərlərləburadan tanış olmaq olar.

Qeyd 9. На вступительных экзаменах по литературе планируетсяиспользование тестовых заданий по произведениям (М. Физули. Газель“Я скован, я пленён…”, М.П. Вагиф. Гошма “Байрам”, М.Ш. Вазех.Стихотворение “Высокая ростом, стройная телом …”, Х.Натаван."Фиалка", С. Вургун. Гошма “Горы”, М.Дж. Пашаев. Рассказы “Правилаприличия”, “Сирота”, М. Мушфиг. Стихотворение “Мама”, Р. Рза.Стихотворение “Карабах”, Н. Рафибейли. Стихотворение “Утро”, Г.Аббасзаде. Рассказ “Чужие” (из цикла “Той победной весной”), Б.Вагабзаде. Стихотворение “Вот здесь, по эту сторону Аракса…”, С.Рустамханлы. Отрывок из поэмы “Возвращение в Карабах”, Г.Р.Державин. Ода “Властителям и судиям”, А.С. Пушкин. Повесть“Капитанская дочка”, стихотворения “К Чаадаеву”, “К**” (“Я помнючудное мгновенье…”), Ф.И. Тютчев. Стихотворение “Не то, что мнитевы, природа…”, М.Ю. Лермонтов. Стихотворения “Бородино”, “К” (Я неунижусь пред тобою…), “Родина”, поэма “Беглец”, И.С. Тургенев“Русский язык”, Л.Н. Толстой. Рассказ “Кавказский пленник”, А.А.Блок. Стихотворение “О, я хочу безумно жить…”, С.А. Есенин.Стихотворение “Отговорила роща золотая…”, В.В. Маяковский.Стихотворение “Необычайное приключение…”, А.А. Ахматова.Стихотворение “Я научилась просто, мудро жить…”, А.Т. Твардовский.Поэма “Василий Тёркин”, И.П. Третьяков. Рассказ “Бывают минуты…”,О. Хайям. Рубаи (“Книга жизни моей перелистана…”, “Мы источниквеселья…”, “Принеси заключённый в кувшине рубин…”, “Поутрупросыпается роза моя…”, “Нет ни рая, ни ада…”), Х. Ширази. Газель“Ветер нежный, окрылённый, благовестник красоты...”, О.Генри.Новелла “Последний лист”, Ч. Айтматов. Повесть “Лицом к лицу”). Выможете ознакомиться с этими произведениями, перейдяпо ссылке.

Qeyd 10. Təqdim edilmiş proqramlar “Abituriyent” jurnalınınbirinci sayında dərc olunacaq. Jurnalda imtahanlarda fənlər üzrəmənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkünolan seçilmiş altstandartlar, imtahan modelinə uyğun tapşırıqnümunələri və qiymətləndirmə meyarları da dərc ediləcək.

Seçilən
0
19
az.trend.az

10Mənbələr