AZ

Almaniya “iki dövlətli həll” üçün şərtləri açıqlayıb

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsrail və Fələstinlilər arasında danışıqlar olmadan iki dövlətli həll kənardan tətbiq edilə bilməz.

Bizimyol.info xəbər verir ki, bu fikri Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib.

"İsrailin Qəzzada hərəkətləri qeyri-mütənasibdir, lakin iki dövlətli həll yalnız İsrail və fələstinlilər arasında danışıqlar yolu ilə həyata keçirilə bilər", - deyə o qeyd edib.

Alman nazirin sözlərinə görə, bu prosesi sürətləndirmək və ya kənardan məcbur etmək olmaz. İsrailə qarşı sanksiyaların tətbiqi mümkünlüyü barədə suala o cavab verib ki, Almaniya Qəzzada hərəkətlərinə görə cavab tədbirləri müzakirə edəcək və onları Avropa İttifaqı ilə əlaqələndirəcək.

Həmçinin Fransa və Səudiyyə Ərəbistanının iki dövlət ideyasını canlandırmaq üçün təşkil etdiyi konfransda Vadeful Qəzza sakinlərinin “yer üzündə cəhənnəmdə yaşadığını” bəyan edib.

Nazirin sözlərinə görə, uzun müddətdir davam edən münaqişə “terror, dağıntı və ölümlə həll oluna bilməz”.

"Qəzzə şəhərinə hücum tamamilə yanlış yoldur", - deyən Vadeful İsrailin Yəhudeya və Samariyada suverenliyini genişləndirmək üçün hər hansı addımının "münaqişənin davamlı həlli şansını sarsıdır" fikrini bir daha dilə gətirib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
icma.az

1Mənbələr