AZ

QHT xaricdə yaşayan soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsi üzrə onlayn dərslərə start verib

 Azərbaycan Gənc Müəllimlər Assosiasiyası xaricdə yaşayan soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsi üzrə onlayn dərslərə start verib.

"Cebheinfo.az" xəbər verir ki, layihənin əsas məqsədi soydaşlarımızın ana dilini öyrənməsi, Azərbaycan mədəniyyətinə və adət-ənənələrinə daha sıx bağlı olmalarına dəstək göstərməkdir.

Onlayn dərslər çərçivəsində şagirdlər:

Azərbaycan dilində oxuma və yazma bacarıqlarına yiyələnirlər;

Rəngarəng interaktiv məşğələlərdə iştirak edirlər;

Milli dəyərlərimizi yaxından öyrənirlər.

Layihə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

"Cebheinfo.az"

Seçilən
15
5
cebheinfo.az

6Mənbələr