AZ

"Qalatasaray" onu transfer etmək istəyir

İkardi və Osimhenə qoşulmaq üçün 20 milyon avroya yeni hücumçu! Artıq transfer kampaniyasına start verilib.

Türkiyə Superliqasında cari mövsümündə 6 qələbə qazanan "Qalatasaray" 7-ci həftədə səfərdə "Alanyaspor"la qarşılaşacaq. Osimhenin zədələnməsi və İkardinin hələ lazimı formada olmaması klubda yeni hücumçuya ehtiyac yaradıb. "Aslanlar" artıq mövsümün ortası üçün transfer kampaniyasına başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Sabah" nəşru məlumat yayıb.

"Sarı-qırmızılar" "Fulhem"in futbolçusu Rodriqo Munizi transfer etmək istəyir. 24 yaşlı braziliyalı hücumçunun hazırda bazar dəyəri 20 milyon avrodur. İstedadlı oyunçunun Premyer Liqa klubu ilə hazırkı müqaviləsi 2026-cı ildə başa çatır. "Qalatasaray" təxminən 10 milyon avro qarşılığında transferi yekunlaşdırmaq üçün "Fulhem"lə danışıqlar aparacaq.

Muniz bu mövsüm "Fulhem"in heyətində 7 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Seçilən
24
ikisahil.az

1Mənbələr