AZ

ChatGPT sayəsində lotoreyadan 150 min dollar uddu

Qadın süni intellekt sayəsində lotereyada qalib gəlib.

KONKRET.az milliaz-a istinadən bildirir ki, bu barədə “Newsweek” məlumat yayıb.

ABŞ sakini Kerri Edvards ChatGPT-nin köməyi ilə lotereyada 150 min dollar qazanıb.

Edvards süni intellektdən qalib gələcək nömrələri soruşub: “Salam, chatPGT. 1,7 milyard dollarlıq mükafatın hansı nömrələrdə ola biləcəyini de,” – deyə yaşlı amerikalı qadın neyron şəbəkəyə müraciət edib.

ChatGPT ona “hər şey şansa bağlıdır” xəbərdarlığını etsə də, bəzi nömrələr təklif edib.

Həmin rəqəmlərdən istifadə edən qadın təsadüfən qalib gəlib. O, lotoreyada uduşu qazandığını biləndə əvvəl inanmaqda tərəddüd edib. Lakin, sonradan şansının gətirdiyini anlayıb.

Qadın bütün qazancını üç təşkilata ianə edib.

Seçilən
22
4
konkret.az

5Mənbələr