AZ

Macarıstan milli statistikaya müasir təhlil metodlarını inteqrasiya edir - Aron Kinçeş

Bakı. Trend:

Macarıstan statistika sahəsinin transformasiyasına hazırlaşır,bunun üçün müasir məlumat mənbələrinin geniş çevrəsindən vəqabaqcıl təhlil üsullarından istifadə edir.

Trend xəbər verirki, bunu Macarıstanın Statistika Komitəsinin sədri Aron KinçeşBakıda keçirilən III Beynəlxalq Statistika Forumunda deyib.

“Statistika yol ayırıcındadır. Bizdə məlumat mənbələri boldur:milli, inzibati, siyahı şəklində, iri məlumatlar, peyk məlumatları,hətta “ağıllı məlumatlar”. Məqsədimiz müasir metodları, o cümlədənsüni intellekti inteqrasiya etməklə verilənlərin şaxələndirilmiş vəmüasir portfoliosunu hazırlamaqdır”, -deyə Kinçeş bildirib.

O izah edib ki, müxtəlif mənbələrdən istifadə statistikanınkeyfiyyətini artıracaq və məlumatların hazırlanması üçün tələbolunan vaxtı azaldacaq. Strategiyada məlumatların praktik tətbiqinəxüsusi diqqət yetirilir.

“Yeni layihə sayəsində biz pərakəndə ticarət üzrə məlumatlarıntoplanması sistemini yeniləmişik. Bunun üçün real vaxt rejimindəməlumat təqdim edən onlayn kassa aparatlarından istifadə edirik.Bu, bizə daha dəqiq və operativ məlumat əldə etməyə imkan verir,xüsusilə koronavirus pandemiyası kimi böhran dövrlərində”,- deyəkomitə sədri vurğulayıb.

Məqalədə:
Seçilən
17
az.trend.az

1Mənbələr