AZ

Peskov: Hazırda Putinin Trampla danışıqlar aparmaq la bağlı planı yoxdur...

Kreml sözçüsü Moskva ilə Vaşinqton arasında əlaqələrin aktiv olduğunu bildirib...

Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaq üçün hazırda planı yoxdur.

Poliqon xəbər verir ki,  bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib. Onun sözlərinə görə, belə bir söhbət istənilən vaxt qısa müddətdə təşkil oluna bilər.

“Hazırda belə planlar yoxdur. Amma bu cür danışıqlar istənilən an təşkil edilə bilər”, – deyə Peskov “RBK” agentliyinə bildirib.

Kremlin sözçüsü əlavə edib ki, Moskva ilə Vaşinqton arasında rabitə kanalları işlək vəziyyətdədir və bu, əvvəlki ABŞ administrasiyası dövründəki vəziyyətdən tamamilə fərqlənir.

Qeyd edək ki, son aylarda RusiyaABŞ münasibətləri həm regional böhranlar, həm də enerji və təhlükəsizlik məsələləri fonunda diqqət mərkəzində qalır. Ekspertlərin fikrincə, Putin və Tramp arasında mümkün görüş iki ölkə arasındakı münasibətlərin gələcək dinamikasına təsir göstərə bilər.

Poliqon.info

Seçilən
11
poliqon.info

1Mənbələr