AZ

HƏMAS Qəzzada İsraillə əməkdaşlıqda ittiham olunanları küçədə edam edib

BBC-nin yoxladığı videolarda amansız qətllər qeydə alınıb...

Poliqon BBC-yə istinadən xəbər verir ki, Qəzza zolağında HƏMAS döyüşçülərinin İsraillə əməkdaşlıqda ittiham etdikləri şəxsləri küçələrdə edam etməsi ilə bağlı yeni videogörüntülər yayılıb. BBC tərəfindən yoxlanılmış kadrlarda qruplaşma üzvlərinin insanların həyatına son qoyduğu açıq şəkildə görünür.

Videoda gözləri bağlanmış, əlləri qandallanmış üç nəfərin diz çökdürülməsi əks olunub. HƏMAS üzvlərindən biri “Bütün satqınlara ölüm hökmü verildi” deyərək onları yerə yıxır və başlarına atəş açır. Qruplaşma iddia edir ki, öldürülənlər guya İsraildən silah alaraq HƏMAS-a qarşı vuruşan bir klana mənsub olub.

BBC qeyd edir ki, Qəzzada bu cür “cəzalandırma aksiyaları” mütəmadi baş verir. HƏMAS dəfələrlə hətta İsraildən yemək qəbul edən fələstinliləri belə işgəncə ilə öldürüb. Bəzən bu qətllərin görüntüləri qruplaşma tərəfindən internetdə paylaşılır.

Digər tərəfdən, beynəlxalq miqyasda Fələstin dövlətinin tanınması ilə bağlı müzakirələr yeni mərhələyə qədəm qoyub. Böyük Britaniya, Kanada və Avstraliya artıq rəsmi olaraq Fələstin dövlətini dəstəklədiklərini bəyan ediblər. Fransa isə BMT Baş Assambleyasının iclası ərəfəsində öz mövqeyini bir daha təsdiqləyib.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr