AZ

Tom Barrak: “Suriya-İsrail gərginliyində razılaşma yaxındır”

ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak bəyan edib ki, Suriya və İsrail “eskalasiya razılaşması əldə etməyə yaxındır”.

"Cebheinfo.az" xəbər verir ki, Haaretz qəzetinin məlumatına görə, Barak Birləşmiş Millətlər Təşkilatında (BMT) bir qrup jurnalistə Suriya ilə İsrail arasında yeni təhlükəsizlik sazişinin imzalanması üçün aparılan danışıqlardan danışıb.

ABŞ nümayəndəsi bəyan edib ki, əgər “eskalasiya” razılaşması əldə olunarsa, Təl-Əviv Suriyaya hücumlarını “dayandıracaq” və Dəməşq hökuməti İsrailin işğal etdiyi Colan təpələrinə yaxın ərazilərdə ağır hərbi texnika yerləşdirməyəcək.

İsrail və Suriya arasında danışıqlara vasitəçilik edən Barak deyib ki, “eskalasiya” razılaşması həm də Dəməşq və Təl-Əviv arasında müzakirə edilən yeni təhlükəsizlik sazişi istiqamətində “ilk addım” olacaq.

Tom Barrak əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp, Dəməşq ilə Təl-Əviv arasında əldə ediləcək “gərginliyi azaltma” razılaşmasını elan etməyi planlaşdırsa da, həm tərəflər arasında kifayət qədər irəliləyişin əldə olunmaması, həm də İvrit təqviminə görə İsraildə yeni ilin başlanması ilə prosesin yavaşlaması səbəbilə bu açıqlamanı təxirə salıb.

Seçilən
15
2
cebheinfo.az

3Mənbələr