AZ

Bu həyatda narazı olan iki adam var, biri Qismət Rüstəmovdur, digəri... Şahbaz Xuduoğlu ittihamlara cavab verdi

ain.az, Kulis.az saytına istinadən bildirir.

"Biz Qismət Rüstəmovla yox, İlahə Əkbərlə işləmişik. O vaxtlar heç bir nəşriyyat öz hesabına kitab nəşr etməyəndə “Qanun” nəşriyyatının “Birinci kitab” və “Ən yeni ədəbiyyat” layihələrində Qismətin kitablarını nəşr etmişdik. Bununla belə İlahə Əkbər nəşriyyatımızda frilans tərcüməçi işləyir. İmkanımız olanda İlahə xanıma küllü miqdarda qonrar vermişik; vaxtında və vaxtından əvvəl". Bu sözləri "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Kulis.az-a açıqlamasında deyib.

O, bu işlə birbaşa məşğul olmadığını bildirib: "Bu işə müsahibatlıq baxır, eyni zamanda tərcüməçilərlə işləyən kordinatorumuz var. Hansılarına qonarar ödənilməlidirsə, kordinator hər ay o tərcüməçilərin siyahısını verir. Və mühasibatlıq onu ödəyir. Başa düşmək lazımdır ki, yay aylarında gecikmələr olur və hər ilin yay aylarında belə böhran baş verir. Bu barədə tərcüməçilərə əvvəldən məlumat göndərilir. Məlumatda deyilir ki, yubanmalar, gecikmələr olacaq. Onlar, adətən, bununla ikinci iş kimi məşğul olduqlarından gecikmələrə normal yanaşırlar. Ancaq illər boyu vaxtında qonarar alıb, birdən gecikən qonararla bağlı alov püskürmək də, məncə, düzgün deyil.Bu həyatda narazı olan iki adam var, onlardan biri Qismət Rüstəmovdur, digəri Sevil Gültən. Onları hara, kiminlə işləməyə yollasan, sonda narazı qalacaqlar. O cümlədən, Sevil Gültən də hər yerdən qovulanda mən onu tərcüməçi kimi “Qanun” nəşriyyatına cəlb eləmişəm. Ancaq başa düşmüşəm ki, Sevil xanımla işləmək mümkün deyildir. Bu iki ad hər şeydən narazıdırlar. "Bakı Beynəlxalq Kitab Sərgisi"nin başlamasını gözləyirik ki, qonrarları verək. Bu il parklarda sərgilərin olmasına icazə ala bilmədik. Adətən, tərcüməçilər qonararlarını gəlib sərgidən götürürdülər. Bu il ona imkan olmadı".

Səmərqənddə “Azərbaycan və Özbəkistanın mədəni irsi” forumu keçirilib

Uşaqdan uşaq gözləyənlər... - 14 yaşlı qızı nişanlayanlar niyə qorxmur?

Süni intellektlə aktyoru cavanlaşdırdılar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
kulis.az

1Mənbələr