AZ

Dini Komitədə Vladimir Feketeyə "Dostluq" ordeni təqdim edilib - FOTOLAR

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Feketeyə "Dostluq" ordenini təqdim edib.

Bu barədə Missiya.Az-a Dini Komitədən məlumat verilib.

Bildirilib ki, Dövlət Komitəsinin sədri Ramin Məmmədov V.Feketeni yüksək dövlət təltifinə layiq görülməsi münasibətilə təbrik edib.

Dövlətin dini icmalara göstərdiyi diqqətin əhəmiyyətinə toxunan sədr bildirib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində ölkəmizdə dini müxtəlifliyin, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi həssaslıqla yanaşılır. Bütün dinlərin nümayəndələrinə bərabər imkanlar yaradılıb, ibadət yerlərinin tikintisi və bərpası, dini icmaların sərbəst fəaliyyəti üçün hərtərəfli dəstək verilir.

Yepiskop Vladimir Fekete fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi olan dövlət təltifinə layiq görüldüyünə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

O, ölkəmizdə katolik icmasına yaradılan şəraitin dini tolerantlıq nümunəsi kimi beynəlxalq miqyasda da təqdir edildiyini vurğulayıb və bundan sonra da dini həmrəyliyin möhkəmləndirilməsi üçün çalışacağını qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 11 avqust 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycanla Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Vladimir Fekete "Dostluq" ordeni ilə təltif edilib.

Seçilən
4
2
missiya.az

4Mənbələr