AZ

Vladimir Feketeyə "Dostluq" ordeni təqdim edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Feketeyə "Dostluq" ordenini təqdim edib.Metbuat.az xəbər verir ki, bu barədə Dini Komitədən məlumat verilib. Bildirilib ki, Dövlət Komitəsinin sədri Ramin Məmmədov Yepiskop Vladimir Feketenin Azərbaycan Prezidentinin 11 avqust 2025-ci il tarixli Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.Komitə sədri vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə dini müxtəlifliyin qorunmasına və milli-mənəvi dəyərlərin inkişafına xüsusi önəm verilir. Bütün dinlərin nümayəndələrinə bərabər imkanlar yaradılır, ibadət yerlərinin tikintisi və bərpası, dini icmaların sərbəst fəaliyyəti üçün hərtərəfli dəstək göstərilir.

Yepiskop Vladimir Fekete fəaliyyətinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, Azərbaycandakı katolik icmasına yaradılan şəraitin dini tolerantlıq nümunəsi olduğunu və bundan sonra da dini həmrəyliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərəcəyini qeyd edib.

Seçilən
0
2
metbuat.az

4Mənbələr