Ukrayna prezidenti Vladimir Zelenski ölkədə prezident seçkilərinin yalnız atəşkəs təmin edildiyi halda keçirilə biləcəyini bildirib.
"Fox News"a müsahibəsində Zelenski qeyd edib: “Seçkilər üçün təhlükəsizliyə ehtiyacımız var. Konstitusiyamız baxımından çətin olsa da, atəşkəs olarsa, seçkiləri keçirə bilərik. Təbii ki, tərəfdaşların dəstəyi ilə. Bizə təhlükəsizlik lazımdır.”
Qeyd edək ki, 24 fevral 2022-ci ildən tətbiq edilən və davamlı olaraq uzadılan hərbi vəziyyət səbəbindən Ukraynada həm parlament, həm də prezident seçkiləri keçirilməyib. Parlament seçkiləri 2023-cü ilin oktyabrında, prezident seçkiləri isə 2024-cü ilin martında planlaşdırılmışdı.