AZ

Rəvan Həsənov: Azərbaycan dünyaya sülh çağırışları edən dövlətə çevrilib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 sentyabr, AZƏRTAC

Qələbəmizdən 5 il keçir. Bu Zəfər tariximizin yeni səhifəsidir. Güclü ordu, güclü iradə, güclü Prezident - bütün bunlar Qələbənin qazanılmasında mühüm rol oynayan faktorlardur. Eyni zamanda, ölkə rəhbərliyinin həmişə vurğuladığı kimi, Qələbəmizdə milli birlik də vacib rol oynayıb.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM)

icraçı direktoru Rəvan Həsənov bildirib.

"Azərbaycanda yaşayan bütün xalqlar bir yumruq altında həmrəy oldular. Onların bu torpaqların azadlığı uğrunda canlarından keçməsi təsadüfi deyildi. Əslində bu, həm də mənəvi Qələbədir. Ona görə də, biz hər il anım günü ərəfəsində bu tədbirləri keçiririk. Qürurun yüksəlməsi tarixi ədalətin bərpa olunması deməkdir. Qarabağın dirçəlişi milli birlikdən keçir. Bu bir mesajdır. Biz hqqsızlıqla elə mübarizə apardıq ki, Azərbaycan dünyaya sülh mesajları verən, sülh çağırışları edən dövlətə çevrilib", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün BBMM-in və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə “Qarabağın azadlığı və dirçəlişində ictimai həmrəyliyin rolu” mövzusunda dəyirmi masa təşkil olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
2
azertag.az

3Mənbələr