AZ

Son on ildə Azərbaycan ali məktəblərində təhsil alan tələbələrin sayı iki dəfədən çox artıb - Nazir

Bakı. Trend:

Son on ildə Azərbaycan ali məktəblərində təhsil alan tələbələrinsayı iki dəfədən çox artıb.

Trend xəbər verirki, bunu bu gün Bakıda keçirilən Avrasiya UniversitetləriSammitində çıxışı zamanı Azərbaycan təhsil naziri Emin Əmrullayevbildirib.

Onun sözlərinə görə, son on ildə ölkə universitetlərinə qəbulolunan tələbələrin illik sayı 27 mindən 60 min nəfərə yüksəlib.

“Hər bir insanın təhsilini davam etdirmək imkanı olmalıdır.Təhsil yalnız elitanın imtiyazı olmamalıdır. Lakin tələbələrinsayının artması fonunda biz keyfiyyətlə bərabərlik arasında balanstapmalıyıq”, -deyə nazir vurğulayıb.

İqtisadi aspektlərə toxunan Əmrullayev qeyd edib ki,universitetlər yalnız təhsil müəssisələri deyil, həm də inkişafınhərəkətverici qüvvəsidir. “Tədqiqat və innovasiya sahəsindəəməkdaşlıq olduqca vacibdir, xüsusilə iqtisadiyyatlarımızın vəsistemlərimizin müxtəlifliyini nəzərə alaraq. Bu cür tərəfdaşlıqlarictimai fayda gətirməli, insanların həyatını yaxşılaşdırmalı və tamşəkildə dayanıqlı inkişaf məqsədlərinə uyğun olmalıdır”,- deyə oəlavə edib.

Nazirin sözlərinə görə, Azərbaycan ali təhsil sahəsində regionalvə qlobal əməkdaşlığı dayanıqlığın möhkəmləndirilməsi,innovasiyaların dəstəklənməsi və təhsil sistemlərinin uzunmüddətliiqtisadi inkişafa birbaşa töhfə verməsinin təmin olunması üçünzəruri şərt hesab edir.

Əmrullayev tələbələrin beynəlxalq mobilliyinin əhəmiyyətinivurğulayaraq, ali təhsil sahəsində əməkdaşlığın qarşılıqlı faydaəldə etməyə yönəlməsinin vacibliyini qeyd edib.

Nazir əlavə edib ki, tədqiqat və innovasiya istiqamətindəəməkdaşlıq ictimai fayda gətirməli, insanların həyat keyfiyyətininyüksəlməsinə xidmət etməli və dayanıqlı inkişaf məqsədlərinə uyğunolmalıdır.

Məqalədə:
Seçilən
15
1
az.trend.az

2Mənbələr