"Real Madrid"in yarımmüdafiəçisi Aurelien Tsuameni Fransa millisinin oktyabrda keçiriləcək 2026-cı il dünya çempionatının seçmə oyunlarında iştirak etməyəcək.
Operativ Media xəbər verir, bu haqda "Le Parisien" məlumat yayıb.
Məlumata görə, İslandiya ilə oyunun (2:1) 68-ci dəqiqəsində qırmızı vərəqə alan 25 yaşlı fransız 2 oyunluq cəzalanıb. Bu səbəbdən o, Azərbaycan və İslandiyaya qarşı oynamayacaq.
Usman Dembele və Rayan Çerkinin zədə səbəbindən oktyabrdakı təlim-məşq toplanışını buraxacaqları daha əvvəl açıqlanmışdı.