AZ

Bakıda istiliklə bağlı sakinləri SEVİNDİRƏCƏK XƏBƏR Bu ərazidə...

ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Bakıda yerləşən 8 istilik məntəqəsinin müasir tipli qazanxanaya çevrilməsi məqsədilə yeni layihələr həyata keçiriləcək.

BAKU.WS-in əldə etdiyi məlumata görə, bununla bağlı "Azəristiliktəchizat" ASC tərəfindən iki tender elan olunub.

Birinci tender xarici qaz təchizatının layihələndirilməsini əhatə edir. Layihənin dəyəri 30 min 405 manat təşkil edir. İkinci tender isə məhəllədaxili istilik xətlərinin layihələndirilməsi işlərini nəzərdə tutur və bunun üçün 59 min 511 manat ayrılıb.

Hər iki layihə Bakı şəhərinin Xətai rayonu ərazisindəki İstilik Elektrik Mərkəzindən qidalanan 8 istilik məntəqəsini əhatə edəcək.

Layihələrin icrası nəticəsində istilik məntəqələrinin müasir qazanxana sisteminə çevrilməsi paytaxt sakinlərinin istilik təminatının daha sabit və təhlükəsiz olmasına imkan yaradacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
1
baku.ws

2Mənbələr