AZ

Lənkəranda direktor müavini şagirdi və məktəb işçisini döydü - İŞDƏN ÇIXARILDI

Sosial şəbəkələrdə Lənkəran rayonunda məktəb direktor müavininin şagirdə və məktəb işçisinə fiziki zorakılıq göstərməsini əks etdirən görüntülər yayılıb.

Mövzu ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi BAKU.WS-ə açıqlama verib.

Bildirilib ki, hadisə martın 11-də Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd tam orta məktəbində baş verib. Məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqovun şagirdə və kiçik xidmətedici işçiyə qarşı zorakılıq tətbiq etdiyi iddiası araşdırılıb.

Aparılan yoxlamalardan sonra belə halların tədris prosesində yolverilməz olduğu nəzərə alınaraq, 17 aprel 2025-ci ildə Qurban Sadıqovla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Regional Təhsil İdarəsi əlavə edib ki, müəllimlərin etik davranış qaydalarına əməl etməsi, şagirdlərin təhlükəsizliyi və psixoloji durumunun qorunması daim diqqətdə saxlanılır, bu istiqamətdə mütəmadi maarifləndirmə işləri aparılır.

Şahanə Xankişiyeva

Seçilən
19
far.az

1Mənbələr