AZ

QMİ sədri: Dövlət Şuşada məscidlərlə yanaşı, kilsələri də bərpa edir

“Bakının mərkəzində erməni kilsəsini qoruyub saxlayan dövlətimiz Şuşada məscidlərimizlə yanaşı pravoslav və erməni kilsəsini bərpa edir. Bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin multikultural siyasəti, mənəvi üstünlüyüdür”.

Apa xəbər verir ki, bunu QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycandakı Dini Konfessiyalar Anım Gününün 5-ci ildönümünə həsr edilən 5-ci iclasında deyib.

“Uca Allahın köməyi və müdrik dövlət rəhbərimizin misilsiz səyləri ilə Füzuli, Zəngilan, Laçın hava limanları, Şuşaya aparan Zəfər yolu, Xankəndidə yenidənqurma, Böyük Qayıdış, Qarabağ torpaqlarının yeni, gözəl görkəmi, beynəlxalq zirvələrin keçirildiyi ənənəvi ünvana çevrilməsi bizim əminliyimizi, nikbinliyimizi artırır. Ali dini rəhbərlərlə azad Qarabağa səfər edərkən işğal dövründə törədilənləri əyani şəkildə nümayiş etdirməklə, habelə Ümumdünya Kilsələr Şurası ilə əməkdaşlıq edərək onları mütəmadi şəkildə Azərbaycan həqiqətləri ilə tanış etməklə biz erməni kilsəsinin anti-Azərbaycan təbliğatını, bugünədək davam etdirdikləri revanşizm ruhlu dezinformasiyalara qarşı tutarlı faktlar qoyuruq”, – Allahşükür Paşazadə bildirib.

QMİ sədri qeyd edib ki, dünya miqyasında yüksək nüfuza malik, ən böyük beynəlxalq dinlərarası sülh məramlı qurum olan “Dinlər Sülh Naminə” Təşkilatının həmprezidenti və Ümumdünya Şurasına üzv seçilməsini xatırladıb: “Ölkəmizin adı dünya miqyasında dinlərarası dialoqla yanaşı, İslamdaxili anlaşma müstəvisində örnək olaraq vurğulanır. İslamdaxili dialoqun üzləşdiyi problemlər və onların aradan qaldırılması yollarının araşdırılması məsələlərinə həsr olunmuş Bəhreyn tədbirində müstəqil Azərbaycanın timsalında məzhəblərarası anlaşma və qardaşlığın nadir nümunəsi bütün dünyaya model olaraq təqdim olunur. Bu, Azərbaycan dövlət başçısının yeritdiyi siyasətin daha bir uğurlu nəticəsidir”.

Seçilən
38
11
qaziler.az

10Mənbələr