AZ

Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxs qismində axtarışda olan 81 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 26 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Həmçinin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 9 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

 

 

Seçilən
49
49
azertag.az

10Mənbələr