AZ

III MDB Oyunlarının ilk nümayəndə heyətləri Azərbaycana gəlib

III MDB Oyunlarında iştirak edəcək nümayəndə heyətləri ölkəmizə gəlməyə başlayıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, bu gecə Belarus, Qazaxıstan, Özbəkistan və Tacikistandan olan idmançılar Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş ediblər. İdmançılar futbol, stolüstü tennis, kamandan oxatma və sambo idman növlərində mübarizə aparacaqlar.

Heydər Əliyev Beynəlxalq Hava Limanında qonaqları III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri və jurnalistlər qarşılayıblar.

Bakıya çatdıqdan sonra idmançılar dərhal yarışların keçiriləcəyi şəhərlərə yola düşüblər.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi – keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda təşkil olunacaq.

Əli Hüseynov

Seçilən
30
7
bakivaxti.az

8Mənbələr