AZ

Bakıda III Beynəlxalq Statistika Forumu keçirilir

Bakıda "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda III Beynəlxalq Statistika Forumu işinə başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə milli statistika sistemlərində aparılmış islahatlar və inkişaf perspektivləri, BMT-nin Statistika Komissiyası tərəfindən qəbul edilmiş Milli Hesabat Sisteminin son versiyasının (MHS-2025) tətbiqi, valyutaların alıcılıq qabiliyyətinin pariteti əsasında beynəlxalq müqayisələr proqramı, əhali və mənzil fondu siyahıyaalınmasının 2030-cu il mərhələsi, Dayanıqlı İnkişaf Məqsədlərinin monitorinqi, həmçinin sahə və çoxsektorlu layihələrlə bağlı məsələlər müzakirə olunacaq, informasiya texnologiyaları, statistika məlumatların inteqrasiyası, institusional qərarlar, statistikada səriştəliliyin inkişafı ilə əlaqədar layihələrin effektivliyi qiymətləndiriləcəkdir.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətini oxuyub.

Qeyd edək ki, Ümumdünya statistika günü ərəfəsində 15 ölkənin və 10 beynəlxalq təşkilatın yüksəksəviyyəli nümayəndə heyətlərinin, tanınmış elmi ictimaiyyət nümayəndələrinin və ekspertlərin iştirakı ilə forum dövlətimizin beynəlxalq imicinin möhkəmlənməsi, statistika sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi, habelə Azərbaycanın sosial-iqtisadi, mədəni və siyasi sahələrdə əldə etdiyi nailiyyətlərin nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Forum sentyabrın 26-dək davam edəcək.

"Cebheinfo.az" 

Seçilən
26
3
cebheinfo.az

2Mənbələr