Gədəbəyin Maarif kənd ərazisində mikroavtobusla VAZ-2106 markalı maşının toqquşması nəticəsində qəza baş verib.
Ulusal.az xəbər verir ki, qəza zamanı mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Yol-nəqliyyat hadisəsi nəticəsində 20 nəfər bədən xəsarəti alıb. Zərərçəkənlər Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəzaya düşənlərin Gəncədən Gədəbəyə gedən müəllimlər olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Şəmkir-Gədəbəy avtomobili yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində mikroavtobusla minik avtomobili toqquşub.
Ulusal.az “Report”a istinadən xəbər verir ki, nəticədə mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Qəzada azı 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların Gəncədən Gədəbəyə gedən müəllimlər olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.