AZ

Müəllimləri daşıyan mikroavtobus aşdı - 20 yaralı var

Gədəbəyədə yol qəzası olub.

Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan mikroavtobusla minik maşını toqquşub.

Qəzadan sonra mikroavtobus yolun kənarına aşıb. Qəza zamanı 9 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mikroavtobusdakı şəxslər müəllimlər olub. Onlar Gəncədən Gədəbəyə işə gedirmişlər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.
 
 

Seçilən
35
1
7news.az

10Mənbələr