AZ

Ərdoğandan Trampla görüşdən sonra İLK AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp BMT-nin 80-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkda bir araya gəlib.

Olaylar.az "Yeni Şafak"a istinadən xəbər verir ki, Türkiyə lideri Trampla "Regional Qəzza görüşü"ndə iştirak etdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.

"Çox məhsuldar və yaxşı bir görüşü başa vurduq. Mən məmnunam, nəticəsi də xeyirli olsun", - Ərdoğan bildirib.

Görüşdə yalnız Türkiyə və ABŞ deyil, həmçinin İndoneziya, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Pakistan və Misirin dövlət başçıları və hökumət rəhbərləri də iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
2
olaylar.az

3Mənbələr