AZ

III MDB Oyunlarında iştirak edəcək daha iki ölkə Azərbaycana gəlib 

Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi III MDB Oyunlarında iştirak edəcək daha iki ölkənin komandası Bakıya gəlib.

AZƏRTAC xəbər verir ki, bunlar Özbəkistanın U-15 futbol komandasının və Qazaxıstanın aşağı yaş qruplarından ibarət stolüstü tennis yığmasıdır.

İdmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda media nümayəndələri qarşılayıbar.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.

Seçilən
24
8
azerbaijan-news.az

10Mənbələr