AZ

Gədəbəydə mikroavtobus avtomobillə toqquşub: 20 nəfərə yaxın xəsarət alan var

Gədəbəy rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların sayı artıb.

 

"Report"un məlumatına görə, rayonun Maarif kəndi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 20-yə yaxın sərnişin xəsarət alıb.

 

Zərərçəkənlər Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Xatırladaq ki, Gəncədən Gədəbəyə hərəkət edən mikroavtobusla minik avtomobilinin toqquşmasından sonra mikroavtobus idarəetmədən çıxaraq aşıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

**09:14

 

Şəmkir-Gədəbəy avtomobili yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində mikroavtobusla minik avtomobili toqquşub.

 

"Report"un məlumatına görə, nəticədə mikroavtobus idarəetmədən çıxaraq aşıb.

 

Qəzada azı 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların Gəncədən Gədəbəyə gedən müəllimlər olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
66
6
senzor.az

10Mənbələr