AZ

Dünyada statistik savadlılıq səviyyəsi çox aşağıdı-Konstantin Laykam

Dünyada statistik savadlılıq səviyyəsi çox aşağıdır. Bunu  jurnalistlərə MDB Statistika Komitəsinin sədri Konstantin Laykam deyib.

O bildirib ki, Bakıda 19 ölkənin statistika qurumlarının nümayəndələri və 9 beynəlxalq təşkilatın təmsilçiləri bir araya gəlib.

“Forumda əsas müzakirə mövzuları dinamik sosial proseslərin qiymətləndirilməsi üçün yeni metodologiyaların hazırlanması, rəqəmsallaşmanın yaratdığı çağırışlar, böyük verilənlərin alternativ mənbələrinin istifadəsi və süni intellektin statistika sahəsində rolu olacaq. Bildiyiniz kimi, biznes, şəxsi həyat və ictimai həyat rəqəmsal müstəviyə keçib, bu isə çox böyük məlumat axını yaradır. Məlumdur ki, dünyada statistik savadlılıq səviyyəsi çox aşağıdır. Bu da bizim ciddi məşğul olduğumuz mövzulardan biridir”,  Konstantin Laykam Bakıda keçirilən MDB-nin üçüncü Beynəlxalq Statistika Forumunun kuluarlarında deyib.

Aytac Zeynalova

Seçilən
27
1
anews.az

10Mənbələr