AZ

“Bu forum ölkəmizə xarici investisyaların cəlbi baxımından çox əhəmiyyətlidir” Deputat

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Azərbaycanda biznes mühitinin inkişafı üçün optimal şərait yaradılıb. Ölkəmizin iqtisadiyyatı dayanıqlıdır və investisyalara açıqdır”.

Bu barədə 525.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Birinci Azərbaycan Beynəlxalq İnvestisya Forumunun əhəmiyyəti barədə danışarkən deyib.

“Sentyabrın 22-də Bakıda Birinci Azərbaycan Beynəlxalq İnvestisya Forumu öz işinə başlayıb. İki gün davam edəcək bu forumda müxtəlif ölkələrdən yüksək səviyyəli rəsmilər, dünyanın aparıcı yerli və beynəlxalq şirkətlərinin və maliyyə institutlarının, beyin mərkəzlərinin təmsilçiləri, biznes nümayəndələri, qlobal investorlar, yerli və xarici media təmsilçisi daxil olmaqla ümumilikdə 1000-ə yaxın nümayəndə iştirak edir. Forumda  "Parçalanmış qlobal iqtisadiyyatda Şərq-Qərb, Şimal-Cənub əlaqələrinin gücləndirilməsi" mövzusunda müzakirələr aparılır.  Forumun keçirilməsində məqsəd Şərq və Qərbin, Şimal və Cənubun strateji qovşağında yerləşən Azərbaycanın region ölkələri ilə konkret layihələr üzrə tərəfdaşlıqların genişləndirilməsi, qarşılıqlı faydaya əsaslanan birgə fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi, eyni zamanda ölkəmizin şəffaf və dayanıqlı iqtisadiyyatı, əlverişli işgüzar mühiti, strateji inkişaf prioritetləri, geniş investisiya imkanları və mühüm nəqliyyat-logistika üstünlükləri barədə məlumatlılığı daha da artırmaq və beynəlxalq marağı təşviq etməkdir. Təbii ki, forumda iştirak edən qonaqlar Azərbaycanın investisiya mühiti və potensialı ilə yaxından tanış ola biləcəklər. Azərbaycan bu gün Asiya ilə Avropa arasındakı yollarının kəsişdiyi qovşaqda yerləşir. Həm də ölkəmizdə biznes mühitinin inkişafı üçün optimal şərait yaradılıb. Azərbaycanın iqtisadiyyatı dayanıqlıdır və investisyalara açıqdır. Ölkəmizdə istifadəyə verilmiş 9 Sənaye Parkı, Sənaye məhəllələri və Aqroparklar investorlar üçün xüsusi investisya şəraiti təşviq edir. O cümlədən Ələt Azad İqtisadi Zonası özəl qanunlarla idarə olunaraq sərmayədarlar üçün güzəştli istehsal və ixrac prosesləri təklif edir. Bu baxımdan Bakıda keçirilən Birinci Beynəlxalq İnvestisiya Forumu ölkəmizə xarici investisiyaların cəlb edilməsi baxımından çox əhəmiyyətlidir”, - deputat söyləyib.

Onun sözlərinə görə, iqtisadi artımı investisyalar qoyulmadan əldə etmək olmur: “Bu baxımdan xüsusilə xarici investorların ölkəmizə cəlb edilməsi iqtisadiyyatımızın şaxələndirilmiş şəkildə inkişafına və güclənməsinə xidmət edəcəkdir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, ölkəmizdə Beynəlxalq İnvestisya Forumları davamlı şəkildə keçirləcək və bu forumlar həm biznes strukurlarına öz bizneslərini şaxələndirlməsi, həm də ölkəmizin iqtisadiyyatının dinamik artırılması baxımından əhəmiyyətlidir”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
38
525.az

10Mənbələr