AZ

Erməni məmur Rusiyada məhkəmə zalından qaçdı

Kronştadt Rayon Məhkəməsi Sankt-Peterburqda Regional Rosreestr və Rosimuşçestvo idarələrinin sabiq rəsmisi Boris Avaqyanı axtarışa verib.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, o, gömrük ödənişlərindən yayınma işində təqsirləndirilir.

Məlumata görə, Avaqyan məhkəmə zalından qaçaraq hazırda Vasilyevski adasında yerləşən Ermənistan konsulluğunda gizlənir.

Bildirilir ki, prokurorluq onun ekstradisiyasını tələb edir.

Avaqyan və daha 20 nəfər barəsində işə 2024-cü ilin aprelindən baxılır. Həmin ilin avqust ayında o, Rusiya  Müdafiə Nazirliyi ilə müqavilə bağlamış, işi dayandırılmış və həbsdən azad edilmişdi. Lakin müqavilənin ləğvi və onun xüsusi hərbi əməliyyata göndərilməkdən yayınması səbəbilə iş yenidən bərpa olunub. Məhkəmə iclasında işin bərpası və barəsində həbs qətimkan tədbiri seçilməsi qərara alınıb. Hakimlər müşavirəyə gedən zaman isə Avaqyan məhkəmə binasından çıxaraq qaçıb.

Seçilən
58
25
unikal.az

10Mənbələr