AZ

Azərbaycanda minimum əməkhaqqı 3,1 dəfə – Nazir

Azərbaycanda son illərdə həyata keçirilən beş sosial islahat paketi 4 milyon vətəndaşı əhatə edib, minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya isə 2,9 dəfə artırılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev "Dəyişən Əmək Dünyasında İnnovativ Əmək və Məşğulluq Stearegiyaları: Qlobal Çağırışlar - Milli Həllər" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ölkə üzrə orta pensiya 2,6 dəfə, orta əməkhaqqı isə 2 dəfə yüksəlib. Sosial müavinətlər və təqaüdlərin maliyyələşdirilməsinə ayrılan vəsaitin həcmi 5 dəfə artıb.

Cari ilin əvvəlindən icrasına başlanan yeni sosial islahat paketi 3 milyon insanı əhatə edir. Onlara yönələn ödənişlərin artırılması üçün illik əlavə 1,4 milyard manat ayrılıb.

Nazir həmçinin bildirib ki, təqdim olunan 159 sosial xidmətin 140-dan çoxu tam elektronlaşdırılıb, 60-a yaxın xidmət isə proaktiv təqdim olunur. Ümumilikdə, Nazirlik üzrə elektronlaşma səviyyəsi 90 faizdən yuxarıdır.

Gülnar Nazimqızı

 

 
Seçilən
29
1
anews.az

2Mənbələr