AZ

Kilian Mbappe qol sayında Zinəddin Zidanı geridə qoydu

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kilian Mbappe La Liqada “Real” klubunun heyətində vurduğu qolların sayına görə Zinəddin Zidan və İsko Alarkonu geridə qoyub.

İdman.biz xəbər verir ki, 26 yaşlı hücumçu VI turda “Levante”yə qarşı oyunda dubl edərək bu nailiyyəti qazanıb.

Fransalı forvard çempionatda 40 matçda 38 qol vurub.

Qeyd edək ki, K.Mbappe 2024-cü ilin yayından Madrid klubunda çıxış edir. Onun “kral klubu” ilə müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
icma.az

2Mənbələr