AZ

"Əsas məqsəd Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirməkdir” - Prezidentin köməkçisi


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nyu-Yorkda “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusunda 6-cı Xəzər Biznes Forumunda çıxışı zamanı mühüm fikirlər səsələndirib. Prezidentin köməkçisi bildirib ki,

Orta Dəhliz üzrə 50 milyon tondan çox yük artımı gözlənilir. Onun sözlərinə görə, bu məqsədlə Azərbaycan əlavə investisiyalar yatırır. SİTAT: “Bakı Limanı ildə 25 milyon ton yükötürmə qabiliyyətinə malikdir və bu imkanların genişləndirilməsi istiqamətində də işlər aparılır”, - deyə Hikmət Hacıyev əlavə edib.

O bildirib ki, 2020-ci ildən başlayaraq Bakıdan Zəngilan və Ermənistan sərhədinə qədər uzanan dəmir yolu layihəsinin icrasına start verilib və 2026-cı ilin ortalarında yekunlaşması nəzərdə tutulur: “Ermənistan ərazisində yerləşən 42 kilometrlik Zəngəzur hissəsində də işlər aparılır və burada ABŞ-dan olan tərəfdaşlarımız iştirak edir. Üçüncü seqment isə Naxçıvanı əhatə edir. Bu sahədə də əlavə sərmayələr yatırılır və biz Avropa ölkələri də daxil olmaqla digər beynəlxalq tərəfdaşları əməkdaşlığa dəvət edirik. Əsas məqsəd Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirməkdir”.

Mətləb Salahov

Seçilən
39
29
baki-xeber.com

10Mənbələr