"Mançester Yunayted" bu yay heyətini Senne Lammenslə gücləndirib.
Offsideplus.az xəbər verir ki, lakin "qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim sərəncamında daha bir qolkiper görmək istəyir. O, təcrübəli qapıçı axtarışındadır.
Siyahının ilk pilləsində Mik Menyan var.
Bu barədə "talkSPORT" məlumat yayıb.
Menyanın "Milan"la müqaviləsi gələn ilin yayında başa çatır. O, cari mövsümün sonunda İtaliya klubunu azad agent kimi tərk edə bilər.
"Çelsi" də fransalı qapıçı ilə yaxından maraqlanır.