AZ

Ərdoğan: Qəzzada baş verənlər İNSANLIĞIN SON NÖQTƏSİDİR

Qəzzada baş verənlər insanlığın son nöqtəsidir.


Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı deyib.


O bildirib ki, insanlıq tarixi son bir əsrdə belə vəhşilik görməyib.


“Hər şey gözümüzün önündə olur. Soyqırımı dünya mediası və sosial media vasitəsilə yayılır. Qəzzada insanlara yardım üçün qaçan 500 nəfər öldürülüb. Bunların 326-sı BMT təmsilçisidir. Qəzzada müharibə yoxdur, burada iki tərəfdən söhbət gedə bilməz. Bir tərəfdə bioloji silahlarla silahlanmış ordu, digər tərəfdə məsum insanlar, uşaqlardır. Bu, terrorla mübarizə deyil”, - deyə Türkiyə Prezidenti əlavə edib.


Ərdoğan diqqətə çatdırıb ki, Qəzzada atəşkəs tez bir zamanda bərpa olmalı, hücumlar dayandırılmalı və humanitar yardımın çatdırılması təmin edilməlidir.

Seçilən
20
6
senzor.az

7Mənbələr