AZ

Aİ texnoloji nəhənglərdən məlumat tələb edib

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Avropa Komissiyası Amerikanın dörd rəqəmsal nəhəngindən istifadəçilərini internet fırıldaqçılarından necə qoruduğu barədə məlumat tələb edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti Avropa İttifaqının texnoloji suverenlik, təhlükəsizlik və demokratiya məsələləri üzrə komissarı Hennu Virkkunenin açıqlamasına istinadən yazıb.

Onun sözlərinə görə, birlik ölkələrində onlayn fırıldaqçılıqlar səbəbindən ortaya çıxan itkilər illik 4 milyard avrodan çoxdur.

Çərşənbə axşamı elan edilib ki, Aİ ABŞ-nin texnologiya nəhəngləri olan “Google”, “Apple”, “Microsoft”, həmçinin, “Booking.com” hotel bronlaşdırma platformasının istifadəçilərini onlayn maliyyə fırıldaqçılıqlarından necə qoruduğunu yoxlayacaq. Avropa Komissiyası həmin dörd platformaya Rəqəmsal Xidmətlər Qanununa (DSA) uyğun olaraq “informasiya sorğuları” göndərdiyini açıqlayıb.

“Məqsəd onların xidmətlərini fırıldaqçılıqların sui-istifadəsindən necə qoruduğunu müəyyənləşdirməkdir”, – deyə Komissiyanın nümayəndəsi bildirib.

Komissiya qeyd edir ki, cinayətkar fəaliyyətlər arasında rəsmi bank tətbiqləri adı altında saxta tətbiqlərin hazırlanması, eləcə də fırıldaqçı saytların link və ya reklamlarının axtarış sistemləri vasitəsilə yayılması mövcuddur.

Hələlik rəsmi araşdırma mərhələsinə çatmayan bu tədbir Avropanın texnologiyaları tənzimləmək üçün malik olduğu geniş hüquqi arsenalına əsaslanır. Buraya Rəqəmsal Xidmətlər Qanunu (DSA) və Rəqəmsal Bazarlar Nizamnaməsi (DMA) daxildir. DSA Avropa istifadəçilərini dezinformasiyadan, onlayn nifrət dolu çıxışlardan, saxta və ya təhlükəli məhsullardan qorumaq məqsədi daşıyır və platformalara, xüsusən də problemli kontent barədə məlumat vermək öhdəliyi qoyur.

Brüssel artıq DSA çərçivəsində bir neçə araşdırmaya başlayıb. Buraya “Meta” (“Facebook” və “Instagram”), “TikTok”, “X” (keçmiş “Twitter”) və Çinin “AliExpress” platforması daxildir. DSA qaydalarının pozulmasına görə şirkətlər ümumi illik qlobal dövriyyələrinin 6 faizinə qədər cərimələnə bilərlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
2
qafqazinfo.az

3Mənbələr