AZ

Üç ölkənin komandaları III MDB Oyunlarında iştirak etmək üçün Bakıya gəlib

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Üç ölkənin komandaları Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi III MDB Oyunlarında iştirak etmək üçün Bakıya gəlib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunlar Belarusun stolüstü tennis komandası, Özbəkistanın U-15 futbol komandası və Qazaxıstanın aşağı yaş qruplarından ibarət stolüstü tennis yığmasıdır.

İdmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda media nümayəndələri qarşılayıbar.

Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr - 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində - Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
8
oxu.az

10Mənbələr