AZ

Babacanyandan İDDİA: Əliyev bu tarixdə İrəvana gələcək...

Ajans.az xəbər verir ki, bu iddia ilə Ermənistanın “Respublika Uğrunda” partiyasının lideri Arman Babacanyan çıxış edib. Onun sözlərinə görə, liderlərin gəlişi AvropaSiyasi Birliyi Sammiti çərçivəsində nəzərdə tutulur. O əlavə edib ki, sammitə həmçinin ABŞPrezidenti Donald Trampın dəvət olunması üçün diplomatik səylər davam etdirilir. Babacanyan qeyd edib ki, Azərbaycan və Türkiyə liderlərinin sammitdə iştirakı regionda dialoqun güclənməsi və sülhün möhkəmlənməsi baxımından mühüm addım ola bilər.

Qeyd edək ki, sülhprosesi başladıqdan sonra Azərbaycanvə Ermənistanliderlərinin qarşılıqlı səfərləri gündəmə gəlsə də, hələ ki buna rəsmi səviyyədə reaksiya verilməyib. Lakin ekspertlər bildirirlər ki, sülhimzalandıqdan sonra sözügedən səfərlərin baş tutması üçün əngəl qalmayacaq. \Globalinfo.az

Seçilən
18
7
Ajans.az

8Mənbələr