AZ

Seçkilər beynəlxalq ictimaiyyət üçün açıqdır - Məzahir Pənahov

Azərbaycanda seçkilər beynəlxalq ictimaiyyət üçün açıqdır. SİA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi müşavirədə MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, növbədənkənar prezident seçkiləri dövründə Mərkəzi Seçki Komissiyasının əsas vəzifələrindən biri də məsuliyyəti olan dövlət orqanları ilə birlikdə tədbirin keçirilməsidir: "İndiyə qədər keçirilən seçkilərdə bu vəzifənin öhdəsindən gəliblər. MSK tərəfindən prezident seçkiləri ilə bağlı lazımi addımlar atılır. Ölkədə prezident seçkilərinin keçirilməsi ilə bağlı heç bir problem yoxdur. Təbii ki, seçki şəffaf keçirilməlidir. Şəffaf keçirilməyən seçki dünyada qəbul olunmur. Bizdə yerli müşahidəçi baxımından məhdudiyyət yoxdur”.

Məzahir Pənahov bildirib ki, bütün beynəlxalq ictimaiyyət üçün bizim seçkilər açıqdır: “Bütün dünyada bunların hamısından üstün qəbul edilən siyasi iradədir. Ölkə rəhbərliyinin siyasi iradəsi yoxdursa, onda digər məsələlərin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi mümkün olmur. Beynəlxalq tədbirlərdə artıq bizi nümunə göstərirlər. Seçki dairələrin hamısı üçün yüksək səviyyədə binalar tikilib”.

MSK sədri qeyd edib ki, seçkilərin müşahidəsi şəffaf keçirilməlidir: “Azərbaycanda 15 ildən artıqdır veb-kameralarla müşahidə tətbiq olunur. Bunun tətbiqi ölkə başçısının tapşırığı ilə olub. Seçkilər zamanı veb-kameralar arası kəsilmədən seçki məntəqəsində baş verən prosesləri göstərir. Bu dünya praktikasında bir ilkdir və bunu Azərbaycan tətbiq edir. Biz beynəlxalq tədbirlərdə də məhz ölkə başçısının özünün göstərişi ilə bu sistemin tətbiq edildiyini deyirik. Bizdə bu baxımdan heç bir problem yoxdur. Müəyyən qərəzli qurumlar var ki, yerlərdə hansısa problem olanda bundan siyasi maraqlara xidmət üçün istifadə edirlər. Bəzi beynəlxalq qurumlarda seçkini siyasi maraqlara xidmət edən tədbir kimi qəbul edirlər. Beynəlxalq qurumlardan bizim heç bir narazılığım yoxdur, biz onlardan hər zaman faktları istəmişik. Seçki Azərbaycan ictimaiyyəti üçün keçirilir. Beynəlxalq qurumlar mənasız səbəbi yüksək səviyyəyə qaldırmağa çalışırlar. Amma dairə seçki komissiyaları buna yol verməməli, dairə seçki komissiyaları arxayınlaşmamalıdır”.

Seçilən
288
50
sia.az

10Mənbələr