AZ

Belarus millisinin baş məşqçisi: Azərbaycandakı MDB Oyunlarında ən yaxşısını etməyə çalışacağıq VİDEO

Bakı, 24 sentyabr, AZƏRTAC

Azərbaycanda olduğumuza görə çox məmnunuq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirak edəcək Belarusun stolüstü tennis üzrə yığmasının baş məşqçisi Rostislav Jadko jurnalistlərə açıqlamasında deyib.

O, uğurlu nəticə ilə ölkələrinə qayıtmaq istədiklərini söyləyib: "Komandama inanıram. Ən yaxşısını etməyə çalışacağıq. İlin əvvəlindən hazırlıqlarımıza start vermişik. İki qız və iki oğlan idmançıdan savayı, digər tennisçilərimiz də mübarizə aparacaqlar".

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.

Seçilən
32
1
azertag.az

2Mənbələr