AZ

Çili Prezidenti: Netanyahu Qəzza soyqırımına görə məhkəmə qarşısında cavab verməlidir

BAKI, 23 sentyabr. TELEQRAF

İsrailin Baş naziri Binyamin Netanyahu Fələstin xalqına qarşı soyqırıma görə beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır.

Teleqraf xəbər verir ki, bu bəyanatla Çili Prezidenti Qabriel Boriç BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi siyasi müzakirələrində çıxış edib.

“Mən Netanyahunun ailəsi ilə birlikdə raketlə öldürülməsini istəmirəm. Mən Netanyahunun və Fələstin xalqının soyqırımına görə məsul şəxslərin beynəlxalq məhkəmə qarşısında cavab verməsini görmək istəyirəm", - o bildirib.

Qeyd edək ki, Boriç daha əvvəl də dəfələrlə İsrailin Qəzza sektorundakı hərəkətlərini kəskin tənqid edib.

Seçilən
69
teleqraf.com

1Mənbələr