AZ

Tramp: Qəzzada müharibəni bitirəcəyəm

BAKI, 23 sentyabr. TELEQRAF

Bu mənim ən vacib görüşümdür.

Teleqraf xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində Nyu-York şəhərində ərəb və müsəlman dünyasının liderləri ilə görüşündə söyləyib.

Görüşdə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Misir, İordaniya, Türkiyə, İndoneziya və Pakistan liderləri iştirak ediblər.

“Biz Qəzzadakı müharibəni bitirmək istəyirik. Biz onu bitirəcəyik. Bəlkə də, elə indi bitirə bilərik”, - o, görüşün əvvəlində jurnalistlərə bildirib.

Tramp bunun onun üçün çox vacib olduğunu deyib.

“Bu mənim üçün çox vacibdir, çünki biz elə bir şeyi bitirəcəyik ki, siz yəqin ki, heç vaxt başlamamısınız," - o, qeyd edib.

Tramp həmçinin İndoneziya Prezidenti Prabovo Subiantonun Baş Assambleyada etdiyi çıxışını yüksək qiymətləndirdiyini əlavə edib.

Xatırladaq ki, çıxışı zamanı Subianto sülh üçün İsrailin təhlükəsizliyinin də təmin edilməli olduğunu bildirmişdi.

Seçilən
27
2
teleqraf.com

3Mənbələr