AZ

Ermənistanda icma rəhbəri və daha bir nəfər öldürülüb, bir nəfər yaralanıb

Ermənistanda sentyabrın 23-də gecə saatlarında İrəvan şossesinin Armavir vilayətinin Merdzavan kəndi ərazisindən keçən hissəsində atışma olub.

APA xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Ölənlərdən birinin icma rəhbəri Valodya Qriqoryan olduğu bildirilir.

Hadisənin motivləri məlum deyil, məsələ ilə bağlı araşdırma aparılır.

Seçilən
57
5
apa.az

7Mənbələr