AZ

"WhatsApp"da daha bir yenilik

"WhatsApp" istifadəçilərin profillərinə "Facebook" hesablarını əlavə edə biləcəyi yeni funksiya üzərində işləyir.

“İki sahil” xəbər verir ki, bu xüsusiyyət sayəsində istifadəçilər "Instagram"da olduğu kimi, "Facebook" hesab məlumatlarını birbaşa WhatsApp profillərində göstərə biləcəklər.

Yeni funksiyanın istifadəsi tamamilə istəyə bağlı olacaq. Hesabların həqiqətən istifadəçiyə məxsus olduğunu isə "Hesab Mərkəzi" vasitəsilə təsdiqləmək mümkün olacaq.

Təsdiqlənmiş hesabların yanında "Facebook" simvolu, təsdiqlənməmişlərin isə URL şəklində göstəriləcəyi bildirilib.

Qeyd olunur ki, bu funksiya, WhatsApp-ın daha çox sosial media xidmətlərini inteqrasiya etmək planının ilk addımı kimi qiymətləndirilir.

Seçilən
28
3
ikisahil.az

4Mənbələr